Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində silahlı narkotacirlər tutulub. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar nəticəsində 5 narkotik alverçisi tutulub. Onlardan ümumilikdə 2 kiloqramdan artıq narkotik maddə aşkar olunub. 1 ədəd ov tüfəngi və 1 ədəd “Walter” markalı tapança müsadirə edilib.
Bundan əlavə, narkotacirlərdən birinin yaşadığı evdə narkotik maddələrin satışı müqabilində əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
[caption id="attachment_34871" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]