Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli supermarketdə qeydə alınıb. Ümumi sahəsi 2100 kv.m olan tikilinin daxilində yerləşən şirniyyat sexində qaz sobası yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Supermarket yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.