Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 430 kv.m olan birmərtəbəli, müxtəlif təyinatlı obyektdə qeydə alınıb. Nəticədə sahəsi 30 kv.m olan təndirxananın yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.