Paytaxtın Xəzər rayonunda tövlə yanıb. Bu haqda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 40 kv.m olan tikilinin dam örtüyü və yaxınlıqdakı 1 ağac tamamilə yanıb. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.