Xəzər rayonunda piyadanı avtomobil vurub. Bu haqda 19 yanvar tarixində APA xəbər verib.
Qala qəsəbəsində 41 yaşlı Elsəvər Osmanov yolu keçən zaman onu avtomobil vurub. Yaralı sağ budun sınığı və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.