Bakının Xəzər rayonu ərazisində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzildə 2 ədəd kreslo yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.