Paytaxtın Xəzər rayonunda 5 otaqlı ev yanıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan evin tavanı və dam örtüyü tamamilə kül olub. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.