Bakının Xəzər rayonunda 4 otaqlı yaşayış evində yanğın olub. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, evin qalan hissəsi alovdan mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.