Bakının Xəzər rayonunda yerləşən birmərtəbəli kürsülü evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.