Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı təcridxanaya narkotik maddə keçirmək istəyiblər. Bu haqda bu gün, 24 noyabr tarixində Penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.
Siyəzən şəhər sakini Rəsul Zəkiyev həbs edilən Azər Adıgözəlova gətirdiyi sövqata baxış keçirilib.
Dusdağa gətirilən gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 7 qram olan heroin və 2 qram metamfetamin aşkar edilib.
Bundan əlavə, Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsinin qarşısı alınmışdır.