Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 16 dekabr tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Binə qəsəbəsində dekabrın 15-də saat 15 radələrində A.Qurbanovun idarə etdiyi “Khazar” markalı avtomobil yolu keçən zaman Vahid Ələkbərovu vurub. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.