Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol qəzasında iki nəfər xəsarət alıb. Bu haqda bu gün, 21 aprel tarixində APA məlumat verib.
27 yaşlı Fatimə Fərzəliyeva və 43 yaşlı Ülviyyə Səmədova piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onları minik avtomobili vurub.
Hər iki qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.