Bakının Xəzər rayonu, Zirə qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
52 yaşlı sürücü Natiq Bünyadov idarəetməni itirərək yol kənarındakı maneəyə çarpılıb. Nəticədə avtomobil aşıb.
Yaralı Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.