Bakının Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Xəyal Şərifovun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çarpılıb. Nəticədə nəqliyyat vasitəsi aşıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.