Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini Şamil Qəhrəmanov məhkum olan qohumunun yanına görüşə gəlib. Onun üzərini yoxlayan zaman cibində 0,058 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.