Xəzər rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 70 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.