Xəzər rayonunda narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cari ilin yanvar ayı ərazində keçirilən əməliyyatlar nəticəsində 35 nəfər saxlanılıb. Ümumilikdə 4 kiloqram heroin, marixuana və metameftamin dövriyyədən çıxarılıb.
Tutulan şəxslər narkotikləri sosial şəbəkə vasitəsilə tanımadıqları İran vətəndaşından aldıqlarını bildiriblər.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_128697" align="alignnone" width="640"]
Foto DİN[/caption]