Xəzər rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 100 kv.m olan evin dəhlizi 0,5 kv.m sahədə, 1 ədəd qapı və pərdə qismən yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.