Xəzər rayonunda avtomobil piyadaları vurub. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Qala qəsəbəsindəki "Stansiya" adlanan ərazidə baş verib. Avtomobil yolunu keçən ana və 9 yaşlı qızını minik maşını vurub. Nəticədə piyadalar ağır xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.