Paytaxtın Xəzər rayonunda piyadanın xəsarətlər alması ilə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Yolu keçən 41 yaşlı Elnur Məmmədovu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralı xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.