Xəzər rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 64 kv.m olan 3 otaqlı mənzilin yataq otağı 12 kv.m sahədə alışıb. Yüksək temperaturdan plastik pəncərə əriyib. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.