Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan köməkçi tikilidə qeydə alınıb. Nəticədə tikili tamamilə kül olub, ona bitişik digər tikilinin dam örtüyü 5 kv.m sahədə yanıb. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.