Xəzər rayonunda yerləşən yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə mətbəxdə mebel, 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.