Bakının Xəzər rayonunda bitki mağazasının ərazisində yanğın olub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 6 kv.m olan yardımçı dəmir tikilinin yanar konstruksiyaları, içərisindəki əşyalar və ətrafında 5 kv.m sahədə taxta tullantıları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.