Xəzər rayonunda abadlıq işləri aparılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər – yaşıllaşdırma işləri çərçivəsində Xəzər rayonunda da yeni yaşıllıq guşələri yaradılmaqdadır.
Görülmüş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda yeni yaşıllıq zolaqları yaradılıb, qazon örtüyü salınıb, budanma işləri aparılaraq quru ağaclar ərazidən çıxarılıb.
Eyni zamanda rayonun müxtəlif ərazilərində, yol kənarlarında, parklarda, prospekt və küçələrdə yeni yaşıllıq guşələri yaradılıb. Ağac və dekorativ gül kollarının əkilməsi işləri hazırda da davam etdirilir.