Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan köməkçi tikilidə baş verib. Nəticədə 2 ədəd inkubator aparatı, 1 ədəd soyuducu və dam örtüyü 3 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.