Bakının Xəzər rayonunda sex yanıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 200 kv.m olan sexdə qeydə alınıb. Nəticədə sexin 2 otağının yanar konstruksiyaları 120 kv.m, taxta materiallar, hər birinin həcmi 5 litr olan 20 ədəd boya ilə dolu çəllək və sexin ətrafında 10 kv.m sahədə taxta tullantıları yanıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.