Xəzər rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Mercedes” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.