Xəzər rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Məhərrəm Əzizovun idarə etdiyi traktor və Samir Məmmədovun sürücüsü olduğu motosiklet toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.