Xəzər rayonunda qadın itkin düşüb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
37 yaşlı Pərvanə Musayeva yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160 sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi-əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.
Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.