Xəzər rayonunda sex yanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 80 kv.m olan sexdə qeydə alınıb. Nəticədə obyektin damı 60 kv.m sahədə yanıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.