Xəzər rayonunda sex yanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan taxtadan inşa edilmiş tikili tamamilə kül olub. Nəticədə içərisinə yığılan taxta materiallar 5 kv.m sahədə alışıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.