Xəzər rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində yerləşən “Toyota” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Maşının digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əmkdaşları cəlb olunublar. Yanğın söndürülüb.