Xəzər rayonunda birmərtəbəli yaşayış evində yanğın olub. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Nəticədə tikili 40 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.