Bakının Xəzər rayonunda yaşayəış evi yanıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyü, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları külə dönüb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.