Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Qala qəsəbəsində baş verib. Bakı şəhər sakinləri olan 2 yeniyetmə 3150 AZN dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 AZN dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinir.
Onlar barəsində arşadırmalar davam edir.