Xəzər rayonunda evdən qaçan yeniyetmə danışıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
17 yaşlı A.İsmayılova yaşadığı evdən çıxmış və ondan bir daha xəbər almaq mümkün olmamışdır. Sonradan tapılan qız evdən qaçdığını və çöldə yaşadığını demişdir. Səbəb soruşanda isə ögey atasının qeyri-insani rəftarı olduğunu bildirib.
O, Bakıda sığınacağa yerləşdirilib.