Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
28 yaşlı Cavid Zülfüqarov yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Ona müştərək travma diaqnozu qoyulub.
Fakt araşdırılır.