Yenilənib:
Yanğın ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə məznil 5 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Yanğın söndürülüb.
10:59 - Yaşayış evində yanğın baş verib
Paytaxtın Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yanğın başlayıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli binanın 9-cu mərtəbəsində başlayıb. Hazırda əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Yanğınsöndürmə işləri davam edir.