Bakının Xəzər rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ağırçəkili xəstə qadına köməklik göstəriblər. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb. Bununla əlaqədar təcili tibbi yardım briqadası FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrini ünvana çağırıb.
Xilasedicilərin köməkliyi ilə 60 yaşlı qadın fərdi yaşayış evindən çıxarılaraq təcili tibbi yardım avtomobilinə mindirilib.