Binəqədi rayonunda avtomobil dirəyə çarpılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Xocəsən qəsəbəsi, Qobu yaşayış massivində baş verib. Asif Məlikov “VAZ-21074” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil işıq dirəyinə çarpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.