Bakının Qaradağ rayonu, Xocəsən yolunda yük avtomobili aşıb. Bu haqda bu gün, 21 iyun tarixində Oxu.az məlumat verib.
Bildirilir ki, hadisə səhər saatlarında Xocəsən yolunun Bakı-Quba-Rusiya magistralına birləşən hissəsində baş verib.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Qəza nəticəsində yolda güclü tıxac müşahidə olunub.