Binəqədi rayonunda azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Xocəsən qəsəbəsində baş verib. 7 yaşlı L.Y. avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə o, bədənin müxtəlif yerlərinin, eləcə də kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.