Paytaxtın Yasamal rayonu, A.Salamzadə küçəsində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən küçənin “20 Yanvar” dairəsi istiqamətindəki hissəsində tıxac yaranıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.