Bakının Yasamal rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az xəbər verir.
Hadisə Cəfər Cabbarlı küçəsində, “Сaspian plaza” yaxınlığında qeydə alınıb. “Mazda” markalı avtomobil ötmə manevri edən zaman “Beijing” markalı nəqliyyat vasitəsilə toqquşub. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.