Bakının Yasamal rayonundakı mənzillərin birində meyit tapılıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Həsən bəy Zərdabi küçəsindəki çoxmənzilli binada qeydə alınıb. Sözügedən ünvanda yaşayan 55 yaşlı L.Əliyevanın meyiti aşkar edilib.
Əraziyə prokurorluq əməkdaşları cəlb olunublar.
Hazırda araşdırma aparılır.