Paytaxtın Yasamal rayonu, Ş.Qurbanov küçəsində mağazadan çoxlu sayda mobil telefon oğurlanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev adıçəkilən ünvanda yerləşən mağazadan 11 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.