17:20 - Yenilənib
Yanğın yaşayış binasının 7-ci mərtbəsində yerləşən mənzildə baş verib. Eyvanda olan 2 ədəd su qızdırıcısı və 1 ədəd dolab yanıb, yüksək temperaturdan eyvanın pəncərə çərçivəsi qismən qarsalanıb.
Hadisə zamanı mənzildə olan 4 nəfər təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
16:20 - Yasamalda yanğın baş verib
Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində məlumat verir.
Yanğın mənzillərin birində baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Xəbər yenilənəcək.