Paytaxtın Yasamal rayonunda yerləşən mənzildə meyit tapılıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması barədə zəng daxil olub. Müraciət əsasında əməkdaşlar adıçəkilən rayon ərazisinə gediblər və qapını açdıqdan sonra mənzildən 1 nəfərin meyitini aşkar edərək, aidiyyəti üzrə təhvil veriblər.