Bakının Yasamal rayonunda evdən meyit tapılıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Zərgərpalan küçəsi, ev 2 ünvanında 41 yaşlı Vüqar Səfərovun meyiti yaşadığı mənzildə tapılıb. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.